Kürdlər Azərbaycanda fəallaşır

«Ronai»nin səssiz keçirdiyi qurultayın xəbərini PKK-ya simpatiyası olan saytlar yaydı

Kürdlər regionlarda da nümayəndəlik yaratmaq qərarı verdilərfiratnews-Kurd

Martın 1-də Bakıda kürdlər qurultay keçirib. Fırat.News.com xəbər agentliyinin verdiyi məlumatda bildirilir ki, Azərbaycan kürdləri martın 1-də “Ronai” kürd mədəniyyət mərkəzində qurultay keçirib. Qurultayda açılışı “Ronai” kürd mərkəzinin yeni seçilmiş rəhbəri Fəxrəddin Paşayev edib. Daha sonra “Dəngeyi kürd” qazetinin baş redaktoru Seymur Alixanov, mərkəzin rəhbərinin müavini Namiq Nəsibov və digərləri çıxış ediblər.
Qurultayda kürdlərin problemləri, “Dəngeyi Kürd” qəzetinin çapı ilə bağlı problemlər, Azərbaycanın regionlarında, kürdlərin kompakt yaşadığı bölgələrdə kürd dili kurslarının açılması müzakirə olunub.
Bu məsələlərlə bağlı kürd fəalları və ağsaqqalları da çıxış ediblər. Qərara alınıb ki, “Ronai” mərkəzinin Kürdüstanla yanaşı, MDB və Avropada yaşayan kürd fəalları ilə təmasları gücləndirilsin. Kürd qəzeti ayda 2 dəfə çap olunsun. “Ronai”nin Azərbaycanın regionlarında filialları yaradılsın, saytı açılsın və Kürd ansamblı yaradılsın.
“Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman bu tədbirdən xəbərsiz olduğunu deyir: “Bu qurultay ayın 2-də keçirilməliydi. Ancaq bu adamlar, heç kimin xəbəri olmadan, köhnə idarə heyətinin iştirakı olmadan, yeni bir idarə heyəti yaradıb qurultay keçiriblər. Digər tərəfdən, bu qurultay haqqında Azərbaycan mətbuatından deyil, əcnəbi mətbuatdan xəbər alırıq. Bu cür təbliğatda bunların məqsədi nədir? Biz bu qurultayın legitimliyini tanımırıq. Bunlar 20 ildir kürd xalqı üçün heç bir iş görməyiblər. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Xocalı faciəsini təbliği üçün heç vaxt Azərbaycan diasporu ilə əməkdaşlıq etməyiblər. Düşünürəm ki, Azərbaycan dövləti azsaylı xalqların mədəniyyət mərkəzlərinə nəzarət etməlidir. Aydın olmalıdır ki, bu adamlar nə işlə məşğuldurlar, ayrılan pullar nəyə sərf edilir, bunlar xalqa hansı mədəni xidmətlər göstərir. Adi bir qəzetin normal fəaliyyətini bərpa edə bilməyiblər. Mən bu mərkəzin yarıtmaz fəaliyyətinə görə onlardan ayrılmışam. Inanmıram ki, bu mərkəz kürd xalqı üçün hansısa müsbət işlər görə bilər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qurultayın onun üçün gözlənilməz olduğunu deyir: “Bu qurultayla bağlı xəbər mənim üçün sürpriz oldu. Adətən belə tədbirlərdən əvvəl ictimaiyyətə açıqlama verilir. Əgər gizli bir işin yoxdursa, şəffaf fəaliyyət planın varsa, niyə açıqlama vermirsən? Ikinci tərəfdən, bu qurultayla bağlı xəbərlər PKK-ya bağlı olan mətbu orqanlarda yer alır. Yerli qəzetlərə isə məlumat verilmir. Kifayət qədər sual doğuran məqamalar var. O ki qaldı regionlarda şöbələrin yaradılmasına, Türkiyədən fərqli olaraq, Azərbaycanda kürd mənşəli əhalinin yerləşməsi o qədər kütləvi deyil ki, bu, region şöbələrini əhatə edə bilsin”.

azadliq.info

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


1 × 2 =

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>