İran rejimi “Traktor”un Asiya yarışlarına əks-tədbir görür

Təbrizin Traktor komandasının Asiya yarışlarından qorxuya düşən İran rejimi tərəfdarlar üçün maneələr yaratmağa başlayıb.Traktor

Şərqi Azərbaycanın İdman və Gənclər üzrə İdarəsi stadiona gəlmək üçün yalnız 50 min nəfərə bilet satacağını açıqlayıb. Bu qərarın isə mərkəzdən gəldiyi xəbər verilir. Halbuki, Səhənd Stadionu 70 min nəfərlik tutuma malikdir. Rejim Azərbaycan millətinin haqlı istəklərinin stadionda səslənməsindən qorxur və ona görə də, hər vasitə ilə “Traktor” takımı ilə Birləşmiş Ərəb Əmirliyinin Əlcəzirə takımının yarışında tərəfdarların stadiona gəlməsinə maneələr törədir. Məhz ona görə, rejim 50 min nəfər bilet satmağı qərara alıb. Həmçinin rejimin kütləvi informasiya vasitələri də tərəfdarları keçmişdəki kimi şüarlar səsləndirməkdən çəkindirməyə çalışır. Lakin “Traktor” tərəfdarları rejimin tərəfdarlara qarşı yaratdığı məhdudiyyətlərdən narazıdır və onlar 100 minlərlə tərəfdarın stadiona və ətraf təpəliklərə gələcəyini bildirirlər.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


× 1 = 5